# Ilex.az

> Ilex.az (iPhone/iPad app by Hamza Huseynli.)

- Source: https://appshunter.io/ios/app/ilexaz/id6794861424 (this page in markdown: same URL + `.md`)
- Developer: [Hamza Huseynli](https://appshunter.io/developer/1568298652)
- Category: Shopping
- Price: Free
- Age rating: 4+
- Requires: iOS 15.0 · 27 MB
- Languages: American English
- Released: 2026-09-08
- Data updated: 2026-09-13
- User reviews in markdown: https://appshunter.io/ios/app/ilexaz/id6794861424/reviews.md

## What is Ilex.az?

ilex.az Azərbaycanda avtomobil və daşınmaz əmlak elanlarını bir yerə toplayan tətbiqdir. Maşın axtarırsınızsa, mənzil baxırsınızsa və ya öz elanınızı yerləşdirmək istəyirsinizsə, hamısı bir tətbiqdədir.

VİDEOLU ELANLAR
Elanın videosuna baxın. Maşını və ya mənzili yalnız şəkildən deyil, hərəkətdə görün. Videolar lentində yuxarı sürüşdürərək ardıcıl izləyin, bəyəndiyiniz elana bir toxunuşla keçin. Videoya şərh yazın və sual verin.

AXTARIŞ VƏ FİLTR
Marka və modelə görə axtarın. Qiymət, buraxılış ili, yürüş, ban növü, rəng, sürətlər qutusu və yanacaq növü üzrə filtrləyin. Kreditlə satılan və barter qəbul edən elanları ayrıca seçin. Daşınmaz əmlakda otaq sayı, sahə, mərtəbə və rayon üzrə filtr var.

ELANIN HƏR DETALI
Hər elanda şəkil qalereyası, tam texniki özəlliklər və yerləşmə məlumatı var. Şəkilləri tam ekranda açıb yaxınlaşdıra bilərsiniz.

BİRBAŞA ƏLAQƏ
Satıcıya tətbiqdən çıxmadan zəng edin və ya WhatsApp ilə yazın. Vasitəçi yoxdur.

ÖZ ELANINIZI YERLƏŞDİRİN
Addım-addım forma ilə elanınızı bir neçə dəqiqəyə hazırlayın. Avtomobilə 10, daşınmaz əmlaka 30-a qədər şəkil əlavə edin. Video çəkin və ya qalereyadan seçin. Video uzundursa, tətbiqin içindəki kəsici ilə saxlamaq istədiyiniz hissəni özünüz seçin.

SALONLAR ÜÇÜN
Avtosalonlar və rieltorlar üçün ayrıca hesab var: öz ictimai səhifəniz, loqo, örtük şəkli, ünvan, əlaqə linki və artırılmış elan limiti. Elanlarınız kartlarda "Salon" nişanı ilə görünür.

SEÇİLMİŞLƏR VƏ BİLDİRİŞLƏR
Bəyəndiyiniz elanları saxlayın, yeniliklərdən və kampaniyalardan bildirişlə xəbərdar olun.

RAHAT İSTİFADƏ
Qaranlıq və işıqlı rejim. İnternet kəsiləndə əvvəl baxdığınız elanlar açılmağa davam edir. Uyğunsuz məzmunu şikayət edə, istifadəçini bloklaya bilərsiniz. Şikayətlər 24 saat ərzində yoxlanılır.

Elanlara baxmaq və elan yerləşdirmək pulsuzdur.


## Version history (last 1 release)

### 1.0.3 — 2026-09-08

No release notes.

## More apps by Hamza Huseynli

- [Wibty](https://appshunter.io/ios/app/wibty/id1568298650)
- [Saxara](https://appshunter.io/ios/app/saxara/id6446817378)
- [Çıraq İnşaat](https://appshunter.io/ios/app/craq-insaat/id6458789775)
- [Caspian lighting](https://appshunter.io/ios/app/caspian-lighting/id6473245347)
- [Lux Ride Sərnişin](https://appshunter.io/ios/app/lux-ride-srnisin/id6740868939)
- [Lux Ride Sürücü](https://appshunter.io/ios/app/lux-ride-surucu/id6740869047)

All apps by Hamza Huseynli: https://appshunter.io/developer/1568298652

## Related topics

[ilex](https://appshunter.io/ios/topics/ilex)

---

*Data collected daily from the US App Store and indexed by [AppsHunter](https://appshunter.io/). User reviews are verbatim App Store reviews. Ratings, prices and chart positions refresh continuously; this snapshot is from 2026-09-13.*
