# ilme

> ilme (iPhone/iPad app by Ayyub Ahmadzada.)

- Source: https://appshunter.io/ios/app/ilme/id1558842027 (this page in markdown: same URL + `.md`)
- Developer: [Ayyub Ahmadzada](https://appshunter.io/developer/548295670)
- Category: Games
- Price: Free
- Age rating: 4+
- Requires: iOS 11.0 · 75 MB
- Languages: English
- Released: 2021-04-21
- Data updated: 2026-05-13
- User reviews in markdown: https://appshunter.io/ios/app/ilme/id1558842027/reviews.md

## What is ilme?

“İRS”silsiləsindən “İlmənin macəraları” Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir (10.07.2009 - ci il №909), (№46-22-8222/16.02.2015 ci il) İlmə əyləncəli əlifba köməkçi dərs vəsaitidir. İlmə əyləncəli əlifba 152 səh. Bakı, 2018 Solmaz Amanova, yazıçı, professor ISBN 978-9952-3129-97 Təkmilləşdirilmiş təkrar nəşr.
İlmə əyləncəli əlifba kitabı övladlarımıza yazıb oxumağı, riyaziyyatı, təsviri incəsənəti, zəngin mədəni-tarixi irsimizə aid sözləri öyrədəcək. İbtidai təhsilin bütün fənlərinə aid bilikləri özündə cəmləyən vəsaitlərimiz 5+ (6 və 7) yaşlı uşaqlar üçündür. Hər bir hərfin özünə aid cizgi filmi var. “Sehrli cəhrə” oyunu uşaqlarda söz yaratmaq vərdişini formalaşdırır. Məntiqi təfəkkürə əsaslanan “uçan xalça” oyununda isə tapılması lazım olan predmetlərin şəkilləri və ipucu uyğun ifadələr verilmişdir. Məsələn, armudu stəkan – armud, bayraq – gerb və s. “Sait-samitlər” oyunu uşaqlara rənglərin köməyi ilə sait və samit səsləri bir-birindən fərqləndirməyi və ayırmağı öyrədir. Bu hələ hamısı deyil. Kitabın elektron versiyası da mövcuddur.

“İlmə”oyunu bütün smartfonlar üçün əlçatandır. Resurslarımızı www.e-derslik.edu.az saytlarından əldə edə bilərsiniz. Oyunlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə hazırlanmışdır. Müəllimləri də unutmamışıq. “Müəllimlər üçün metodiki vəsait” və “İrsimizin izahlı lügəti”  “İlmə - əyləncəli əlifba” kitabına əlavədir. Metodiki vəsaitdə ümumtəhsil məktəbləri üçün dövlət kurikulum proqramına əsaslanan dərs planları da əksini tapmışdır ki, bu da müəllim əməyini yüngülləşdirir. Əlifbamızın hər bir hərfində bir dünya var. Ümid edirəm, siz İlməni və onun əsrarəngiz sərgüzəştlərini sevəcəksiniz. Sizi nağıllar aləminə dəvət edirəm!


## Version history (last 1 release)

### 2.6.1 — 2021-04-21

No release notes.

## More apps by Ayyub Ahmadzada

- [AZZA Cake House](https://appshunter.io/ios/app/azza-cake-house/id972629441)

All apps by Ayyub Ahmadzada: https://appshunter.io/developer/548295670

---

*Data collected daily from the US App Store and indexed by [AppsHunter](https://appshunter.io/). User reviews are verbatim App Store reviews. Ratings, prices and chart positions refresh continuously; this snapshot is from 2026-05-13.*
