# Əlişir Ekspres: Bakı Kuryeri — Motosikletlə sifariş çatdır

> Motosikletlə sifariş çatdır (iPhone/iPad app by Aqsin Sulxayev.)

- Source: https://appshunter.io/ios/app/lisir-ekspres-bak-kuryeri/id6831597069 (this page in markdown: same URL + `.md`)
- Developer: [Aqsin Sulxayev](https://appshunter.io/developer/1861181850)
- Category: Games, Casual, Racing
- Price: Free with in-app purchases
- Age rating: 9+
- Requires: iOS 15.0 · 18 MB
- Languages: Azerbaijani
- Released: 2026-11-07
- Data updated: 2026-11-08

## What is Əlişir Ekspres?

Əlişir köhnə yan arabalı motosikletində Bakının dar küçələri ilə qapı-qapı sifariş daşıyır. Təndirxanadan isti çörək və qutab, bazardan qarpız və kənd yumurtası, samovarda çay, bəzən də nəhəng toy tortu. Bu, Bakıda keçən ilk kuryer oyunudur: vaxt azdır, yol çalalarla doludur, küçə isə həmişəki kimi qonşularla, toyuqlarla və uşaqlarla doludur.

Tələs, amma ehtiyatlı ol! Hər çalada çay dağılır, yumurtalar çatlayır, tort sarsılır. Toyuqlara, vedrəli qonşulara, meyvə yeşiklərinə və nərd oynayan kişilərin masasına dəysən, məhəllənin hirsi artır. Hirs dolanda bütün qonşular arxanca düşür, terlik də atırlar!

OYUNDA NƏ VAR
• 4 xəritə: Köhnə məhəllə, İçərişəhər, Bulvar və Abşeron kəndi
• 3 nəqliyyat: yan arabalı motosiklet, sürətli moped və köhnə yük maşını
• 6 cür sifariş: çörək, qutab, çay, yumurta, qarpız və toy tortu - hər yükün öz çətinliyi var
• Seriya və bəxşiş: tez çatdır, xalı artır
• Tryuklar: tramplindən uç, toyuqların üstündən tullan
• Təsadüfi hadisələr: yağış, toy karvanı, təcili sifarişlər
• Bulvarda yol hərəkəti: ağ Ladalar və bənövşəyi Bakı taksiləri
• Hər gün yeni gündəlik tapşırıqlar
• Qaraj: Şirvan qazan, motosikletin rəngini, siqnalını, Əlişirin geyimini dəyiş, yeni nəqliyyat və xəritə al
• Qonşuların, müştərilərin və Əlişirin 200-dən çox gülməli sözü, bir hissəsi səsli
• İnternetsiz oyun: yolda, metroda, kənddə də oynamaq olar

Köhnə motosikletin mühərriki tez-tez sönür, o zaman təpik vurub yenidən işə sal. Müştərilər səni qapıda gözləyir: tez gəlsən "Maşallah, nə tez gəldin!", gec gəlsən "Mən burda saqqal saxladım!" deyəcəklər.

Sadə idarəetmə: sola, sağa, qaz, geri, tullan və siqnal. Bir oyun 3–10 dəqiqə çəkir - çay fasiləsi üçün ideal motosiklet oyunu.

Əlişir Ekspres (Elisir Ekspres) Azərbaycanda hazırlanıb və tamamilə Azərbaycan dilindədir. Oyunda reklam var, istəsən reklamları və əlavə paketləri tətbiq daxilində ala bilərsən.

Sür, Əlişir! Bakı səni gözləyir!

## Pricing and in-app purchases

Base price: Free.

**One-time purchases**

| Purchase | Price | Type |
| --- | --- | --- |
| Reklamsız oyun | $0.99 | one-time |
| Yeni başlayan paketi | $1.99 | one-time |
| Usta sürücü paketi | $2.99 | one-time |
| Şəhərin hakimi | $3.99 | one-time |
| Köhnə yük maşını | $1.49 | one-time |


## Is Əlişir Ekspres safe?

Not enough ratings yet to assess Əlişir Ekspres.

## Is Əlişir Ekspres legit?

Əlişir Ekspres: Bakı Kuryeri has limited verification signals. The AppsHunter Legitimacy Score for Əlişir Ekspres is 58 out of 100 points across 7 verification signals from App Store and developer data.


## Version history (last 1 release)

### 1.5 — 2026-11-07

No release notes.

## More apps by Aqsin Sulxayev

- [CR Merge Tactics Team Builder](https://appshunter.io/ios/app/cr-merge-tactics-team-builder/id6756529171)
- [Runphony: Run & Walk to Music](https://appshunter.io/ios/app/runphony-run-and-walk-to-music/id6790539841)

All apps by Aqsin Sulxayev: https://appshunter.io/developer/1861181850

---

*Data collected daily from the US App Store and indexed by [AppsHunter](https://appshunter.io/). User reviews are verbatim App Store reviews. Ratings, prices and chart positions refresh continuously; this snapshot is from 2026-11-08.*
