# Randevum — Masterlər üçün randevu sistemi

> Masterlər üçün randevu sistemi (iPhone/iPad app by JAMIL ORUJLU.)

- Source: https://appshunter.io/ios/app/randevum/id6798788876 (this page in markdown: same URL + `.md`)
- Developer: [JAMIL ORUJLU](https://appshunter.io/developer/1837994839)
- Category: Utilities
- Price: Free
- Age rating: 4+
- Requires: iOS 15.6 · 45 MB
- Languages: American English
- Released: 2026-11-05
- Data updated: 2026-11-15

## What is Randevum?

Randevum xidmət göstərən mütəxəssislər üçün hazırlanmış sadə randevu idarəetmə tətbiqidir.

Bərbərlər, saç ustaları, gözəllik xidməti göstərənlər, konsultantlar və digər mütəxəssislər Randevum ilə öz şəxsi profil linklərini yarada, müştəriləri ilə paylaşa və randevu istəklərini daha rahat idarə edə bilərlər.

Randevum necə işləyir?

Master profilini yaradır, iş saatlarını əlavə edir və öz şəxsi linkini paylaşır. Müştəri həmin linkə daxil olaraq boş saatları görür, uyğun vaxtı seçir və ad/mobil nömrə ilə randevu istəyi göndərir.

Master tətbiqdə gələn randevu istəklərini görə, qəbul edə, rədd edə və ya istəyə görə avtomatik qəbul rejimini aktiv edə bilər.

Əsas imkanlar:

• Şəxsi randevu linki yaratmaq
• Müştərilərlə profil linkini paylaşmaq
• Bugün və sabah üçün boş saatları göstərmək
• Randevu istəklərini qəbul və ya rədd etmək
• Avtomatik randevu qəbulunu aktiv etmək
• Müştəri adına randevu əlavə etmək
• Növbəti randevunu və gözləyən istəkləri izləmək
• WhatsApp ilə müştəriyə tez məlumat göndərmək
• Profil məlumatlarını və iş saatlarını idarə etmək

Randevum mürəkkəb salon proqramı deyil. Məqsəd sadədir: müştərilər sizə yazmadan boş saatı görsün və randevu istəyi göndərsin.

Vaxtınızı daha rahat idarə edin, randevularınızı bir yerdə saxlayın və müştərilərinizə daha aydın booking təcrübəsi verin.

## Is Randevum safe?

Not enough ratings yet to assess Randevum.

## Is Randevum legit?

Randevum has limited verification signals. The AppsHunter Legitimacy Score for Randevum is 58 out of 100 points across 7 verification signals from App Store and developer data.


## Version history (last 2 releases)

### 1.0.1 — 2026-11-15

Fərdi xidmət göstərən ustalar üçün randevu tətbiqi:
• Profil yaradın, link paylaşın
• Xidmət, qiymət və iş saatlarını qurun
• Müştərilər boş saatları link üzərindən görüb özləri yazılsın, siz tətbiqdə rezervasiyalarınızı izləyin

### 1.0 — 2026-11-06

No release notes.

## More apps by JAMIL ORUJLU

- [Rikky](https://appshunter.io/ios/app/rikky/id6762074537)

All apps by JAMIL ORUJLU: https://appshunter.io/developer/1837994839

---

*Data collected daily from the US App Store and indexed by [AppsHunter](https://appshunter.io/). User reviews are verbatim App Store reviews. Ratings, prices and chart positions refresh continuously; this snapshot is from 2026-11-15.*
