# Səfər - sefer.az — Yola çıxırsan? Yol yoldaşı tap

> Yola çıxırsan? Yol yoldaşı tap (iPhone/iPad app by 5050 MMC.)

- Source: https://appshunter.io/ios/app/sfr-seferaz/id6797519284 (this page in markdown: same URL + `.md`)
- Developer: [5050 MMC](https://appshunter.io/developer/1896623670)
- Category: Travel, Navigation
- Price: Free
- Age rating: 4+
- Requires: iOS 16.4 · 75 MB
- Languages: Azerbaijani
- Released: 2026-09-01
- Data updated: 2026-09-10
- User reviews in markdown: https://appshunter.io/ios/app/sfr-seferaz/id6797519284/reviews.md

## What is Səfər?

Səfər - Azərbaycanın şəhərlərarası səfər tətbiqidir. Bakıdan rayonlara, rayondan
rayona gedən sürücülərlə sərnişinləri bir yerə gətirir.

FƏRQİ NƏDİR

Oturacağınızı ÖZÜNÜZ seçirsiniz. Səfər tətbiqində yer xəritəsi var: hansı
oturacağın boş olduğunu görürsünüz və istədiyinizi seçirsiniz.

Qonşunuzun kişi və ya qadın olduğu yer xəritəsində göstərilir. Xanım sərnişin
kimin yanında oturacağını əvvəlcədən bilir.

Hər oturacağın öz qiyməti var. Qiyməti sürücü təyin edir və elanda
göstərildiyindən artıq ala bilmir. Sizsə öz qiymətinizi təklif edə
bilərsiniz. Sürücü razılaşsa, yeriniz həmin qiymətə açılır.

SƏRNİŞİN ÜÇÜN

• Şəhər, tarix və yer sayı ilə axtarış
• Yer xəritəsindən konkret oturacağın seçilməsi
• Öz qiymətinizi təklif etmək imkanı
• Sürücünün ulduzu, yaşı, təcrübəsi və sərnişin rəyləri
• Maşının şəkilləri, markası, rəngi və nömrəsi
• Siqaretsiz maşın süzgəci
• Görüş nöqtəsi xəritədə
• Səfər başlayanda sürücünün canlı yeri
• Yaxınınıza təhlükəsizlik linki: harada olduğunuzu görür, tətbiq tələb etmir
• Tətbiqdaxili zəng. Sürücü və sərnişinlə danışıqlarınız pulsuz olsun

SÜRÜCÜ ÜÇÜN

• Bir neçə toxunuşla elan: marşrut, vaxt, hər yerin qiyməti
• Yol üstündəki şəhərlər üçün ayrıca qiymət
• Yol kənarından götürdüyünüz sərnişin üçün əl ilə yer bağlama
• Təkrarlanan səfərlər: hər gün və ya seçilmiş günlər
• Geri qayıdış səfərinin bir toxunuşla hazırlanması
• Qapıdan götürmə: ünvanlar, sıra və vaxt avtomatik hesablanır
• Bağlama daşınması
• Sərnişinlərinizin yeri xəritədə

BAĞLAMA

Bağlamanı sürücü ilə göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu gedir,
qapıda onu deyir və bağlamasını alır. Bağlamanın harada olduğunu həm göndərən,
həm alıcı tətbiqdə xəritədə izləyir; izləmə səfər bitəndə bağlanır.

ÖDƏNİŞ

Yol haqqı sürücüyə nağd verilir. Buraxılış dövründə rezervasiya üçün heç bir
ödəniş alınmır.

Səfər daşıma xidməti göstərmir, sürücü ilə sərnişini bir araya gətirən elan
platformasıdır. Daşıma müqaviləsi birbaşa sürücü ilə sərnişin arasındadır.

İstifadə qaydaları: https://sefer.az/terms
Məxfilik siyasəti: https://sefer.az/privacy


## Version history (last 2 releases)

### 1.0.6 — 2026-09-03

• Ünvandan götürmə: ünvanı yazdıqca axtarış, xəritədə dəqiq nöqtə seçimi
• Axtarışda yeni süzgəclər: ünvandan götürmə və bağlama
• Mesajlar üçün bildirişlər və oxunmamış sayğaclar
• Qiymət təklifləri: bildiriş birbaşa səfəri açır, kartda rənglə seçilir
• Bağlamalar «Aktiv» və «Tarixçə» bölmələrinə ayrıldı
• Avtomobil şəklini birbaşa kameradan çəkmək mümkündür
• Sadələşdirilmiş elan forması və çoxlu xırda düzəlişlər

### 1.0.4 — 2026-09-01

No release notes.

## More apps by 5050 MMC

- [5050 Ayıq Sürücü](https://appshunter.io/ios/app/5050-ayq-surucu/id6769028421)

All apps by 5050 MMC: https://appshunter.io/developer/1896623670

---

*Data collected daily from the US App Store and indexed by [AppsHunter](https://appshunter.io/). User reviews are verbatim App Store reviews. Ratings, prices and chart positions refresh continuously; this snapshot is from 2026-09-10.*
