
AvroFinance
Personal Finance Made Clear
0 ratings
Free
Rating summary
About
AvroFinance gündəlik maliyyənizi rahat və aydın idarə etmək üçün şəxsi maliyyə tətbiqidir.
Hesablarınıza və pul axınınıza bir yerdən baxın, gəlir və xərclərinizi kateqoriyalara ayırın, büdcə yaradın və ödənişlərinizi planlayın. Tətbiq Azərbaycan, ingilis, rus və türk dillərini dəstəkləyir. Hesab və əməliyyatlar AZN, USD, EUR, TRY və RUB ilə saxlanılır, ümumi hesabatlar AZN ilə göstərilir.
ƏSAS İMKANLAR
• Hesablar və cari qalıqların ümumi görünüşü
• Gəlir və xərclərin sürətli qeydiyyatı
• Kateqoriyalar üzrə aylıq hesabatlar
• Büdcə limitləri və limit aşımı barədə tətbiqdaxili bildirişlər
• Yığım məqsədləri və irəliləyişin izlənməsi
• Ödəniləcək və alınacaq borclar, qeydlər və xatırlatmalar
• Kredit və lizinq üzrə aylıq ödəniş planları
• Təkrarlanan ödənişlər, abunəliklər və xatırlatmalar
• Hesablar arasında köçürmələrin qeydiyyatı
• Xərclərdə artım və mümkün təkrar qeydlər üçün ağıllı yoxlama
• Təlim, tədris və özəl dərs gəlirləri üçün ayrıca kateqoriyalar
• Ana ekran vidcetləri
• Məlumatların ixracı və aktiv cihaz sessiyalarının idarəsi
MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK
• Şifrələnmiş HTTPS bağlantısı
• Giriş məlumatlarının cihazın təhlükəsiz yaddaşında saxlanması
• Tətbiqə giriş üçün PIN və biometrik qoruma seçimi
• Vidcetlərdə məbləğlərin göstərilməsinə nəzarət
• Hesabın və ona aid məlumatların tətbiqdən silinməsi
AvroFinance şəxsi maliyyə qeydləri və məlumat xarakterli göstəricilər təqdim edir. Tətbiq bank, ödəniş, kredit və ya investisiya xidməti göstərmir, maliyyə məsləhəti vermir və istifadəçi vəsaitlərini saxlamır.
Abunəliklərinizin növbəti ödənişini və aylıq xərcini izləyin. Hesab və əməliyyatları öz valyutasında saxlayın, şəxsi və biznes hesablarınızı ayrıca görün.
Show more
What's New in AvroFinance
1.3.0
November 5, 2026
Netflix, Spotify və digər xidmətləri kataloqdan seçin, abunə xərclərini müqayisə edin və yenilənmələri izləyin. Hesab və əməliyyatlarda AZN, USD, EUR, TRY və RUB istifadə edə bilərsiniz. Şəxsi və biznes hesabları, bank çıxarışından CSV idxalı, xərc şablonları və qonaq rejimi əlavə edilib.
More






