Lüğətdəki problemlər
Proqramın internetsiz işləməsi çox sevdiyim haldır. Lakin böyük söz qıtlığı var, bəzən ən sadə sözlərin,terminlərin tələffüzü tapılmır. Halbuki dar çərçivədə işlənən sözlər deyil. İzahlı lüğətdən sözlərin əlavə edilməsi vacibdir. Həmçinin sözlərin tələffüzünün də verilməsi əlavə edilə bilər. Kaş proqram istifadəçilərə söz əlavə etmək xanası yaratsa ya sözlər barədə əlavə fikir bildirmək. Daxil etdiyimiz söz daha sonra adminlər tərəfindən yoxlanılaraq proqrama yerləşdirilə bilər. Belə olan zaman lüğətin genişlənməsinə şərait yarada bilərik.
Show more
Çox gözəl lüğətdir
Mən Kibrit Tech MMC-nin və xüsusilə Bildilçin lüğətinin daimi istifadəçisi kimi bu şirkətə öz təşəkkürlərimi bildirmək istəyirəm, siz həqiqətən gözəl bir məhsul yaratmısınız. Lakin bu məhsulun da nöqsanları var. Ən öncə bildirmək istəyirəm ki, bildirchin.az saytındaki online lüğət işləmir. İkincisi, gələcəkdə sözlərin tələffüzünü də əlavə edilməsi çox müsbət bir nəticə göstərə bilərdi. Üçüncüsü, bəzən elə olur ki, söz düzgün tərcümə olunmur, lakin bunu heç bir yerdə bildirmək mümkün olsa da, əks cavab alınmır və səhv elə də lüğətdə qalır. Dördüncüsü, Kibrit Tech MMC-ya yazmaq mümkün olsa da məktub göndərilirmir yaxud da göndəriləndə əks cavab alınılmır, yəni müştərilərnən işləmək də lazımdır. Ümumiyyətlə, bu zaman ən yaxşı Azərbaycan dili lüğətidir, amma nöqsanlar aradan qaldırılmalıdır.
Show more
Əhsən!
Bu lüğətdən tez-tez istifadə edirəm və çox məmnunam. Programın gəlişdiricilərinə (developer-lərə) böyük minnətdarlığımı bildirirəm.
Хороший словарь, длинная анимация :)
Отличный словарь, но есть одно замечание. Каждый раз смотреть анимацию перед запуском немного напрягает, можно ли добавить опцию в настройках, чтоб без анимации сразу перейти «к делу» при запуске?
Tahir
Спасибо большое за приложение!






