Elyx Driver

Elyx Driver

Əlavə gəlir qazanmağa başla

0 ratings
Free

Rating summary

Details

Released
April 7, 2022
Updated
October 23, 2022

Features

Background Location Access

Elyx Driver screenshot #1 for iPhone
Elyx Driver screenshot #2 for iPhone
Elyx Driver screenshot #3 for iPhone
Elyx Driver screenshot #4 for iPhone
Elyx Driver screenshot #5 for iPhone
🖼️Get Icon
Icons↘︎

About

Öncəliklə, Sizinlə birlikdə işləyəcəyimiz üçün çox sevincliyik. Elyx ilə sürərək, öz müdiriniz ola və əlavə gəlir əldə edə bilərsiniz. Sürücü kimi bizə qoşulun və elyx ailəsinin bir parçası olun. Bizimlə partnyor olmağın və elyx istifadə etməyin üstünlükləri nələrdir? Öncə Təhlükəsizlik Biz sizin sifarişləri tam təhlükəsiz icra etməyinizi istəyirik. Bu səbəbdən bütün səyahətlərinizi geolokasiya edir, sərnişinləri müəyyənləşdiririk. Daha Yüksək Qazanc Biz sürücülərin daha çox qazanması üçün digər tətbiqetmələrdən daha aşağı komissiyalar təyin etmişik. Beləliklə, Siz bizimlə icra etdiyiniz hər sifarişdə minimum komissiya ödəməklə yanaşı, maksimum qazanc əldə edəcəksiniz. Sərbəst İş Qrafiki Günün istənilən vaxtında istədiyiniz qədər sifariş icra edərək, yüksək qazanclar əldə edə bilərsiniz. Bu barədə heç bir öhdəliyiniz yoxdur. Bu işin bir rəhbəri var - SİZ! Şəffaf Məlumatlandırma Sifarişi qəbul etməzdən öncə siz qarşılama yerini, nə qədər məsafədə olduğunu, həmçinin sifarişin məbləğini əvvəlcədən görə bilərsiniz. Ən Yaxşı Sərnişinlər Sürücülər tərəfindən sərnişinlərin qiymətləndirilməsi ilə yanaşı biz də mütəmadi olaraq sərnişin davranışlarını monitorinq edirik. Beləliklə, uyğun olmayan sərnişinlərin platformadan yenidən istifadəsinin qarşısını alırıq. Rahat Tətbiqetmə Maksimum rahat istifadə edə biləcəyiniz bir tətbiqetmə yaratmaq üçün əlimizdən gələni edirik. Tətbiqetmədə sifarişləri qəbul edə, sifariş tarixçəsinə baxa, bildirişlərlə tanışa ola bilərsiniz. Mükafat və Bonuslar Ailəmizə qoşulmuş bütün yeni sürücülərə bonuslar veririk. Bundan başqa tez-tez sürücülərimizin zəhmətini dəyərləndirmək üçün əlavə mükafatlar və bonuslar veririk. Necə sürücü olmaq olar? 1. Elyx Driver tətbiqetməsindən və ya https://elyx.app/drivers ünvanından qeydiyyat üçün müraciət edə bilərsiniz. 2. Müraciət formunu uyğun məlumat və sənədləriniz (şəxsiyyəti təsdiq edən sənəd, sürücülük vəsiqəsi, avtomobilin ili və modeli və s.) ilə formanı doldurun. 3. Əməkdaşlarımız sizinlə əlaqə saxlayacaq, sizinlə onlayn və ya ofisdə görüş təşkil edəcək. 4. Mobil tətbiqetmədə hesabınıza daxil olmaq üçün giriş məlumatları veriləcək və Siz artıq qazanc əldə etməyə başlaya biləcəksiniz. Şəhər sizi gözləyir! Suallarınız olarsa, support@elyx.app ünvanına məktub yazaraq, o cümlədən https://elyx.app/contact səhifəsindən bizimlə əlaqə saxlaya bilərsiniz. Bizi sosial şəbəkələrdə izləməyi unutmayın: Facebook – https://facebook.com/elyxapp Instagram – https://instagram.com/elyx.app Twitter – https://twitter.com/elyxapp
Show more

What's New in Elyx Driver

1.2.4

October 23, 2022

Tətbiqetməmizi sizin üçün daha da yaxşı hala gətirmək üçün müntəzəm olaraq yeniləyirik. Bütün yeni funksiyaları və təkmilləşdirmələri əldə etmək üçün ən son versiyaya yeniləyin. Bu versiyaya daxildir: - İnterfeys təkmilləşdirildi. - Sifariş sorğularını qəbul etmək üçün radiusu dəyişdirmək imkanı əlavə edildi. - Sifariş sorğusunda təyinat ünvanının göstərilməsi xüsusiyyəti əlavə edildi. - Səyahət zamanı yaranan problemlər aradan qaldırıldı. - Kiçik problemlər aradan qaldırıldı. Elyx Driver tətbiqini bəyəndinizmi? Zəhmət olmasa bizi dəyərləndirin! Rəyiniz bizə Elyx Driver-i daha da təkmilləşdirməyə kömək edir. Sualınız var? support@elyx.app ünvanına məktub göndərin. Biz sizə yardım etməkdən məmnun olarıq!

More

Developer apps