
Keçdim
Real imtahan formatında məşq
0 ratings
Free
In-App Purchases
Rating summary
About
İlk cəhddən keçməyə hazırlaş.
Keçdim — Azərbaycandakı imtahanlara hazırlaşmağın ən sadə yoludur. Sual həll et, izahını oxu, zəif mövzunu gör, imtahan gününə hazır get.
ALTI İMTAHAN, BİR TƏTBİQ
• Sürücülük (DYP) — nəzəri imtahan, yol nişanları, hərəkət qaydaları
• Dövlət Qulluğu — Konstitusiya, məntiqi mühakimə, qanunvericilik
• MİQ · Müəllimlərin işə qəbulu — 18 ixtisas üzrə ayrıca bank
• Müəllim sertifikasiyası
• Magistratura
• Buraxılış — 11-ci sinif
BANKDA NƏ VAR?
• 2 300+ aktiv sual — hamısının izahı və mənbəsi var. İzahsız sual yoxdur.
• 130 yol nişanı — ayrıca kataloq: şəkil, kod və mənası bir yerdə.
• Sürücülük qaydası sualları «Yol hərəkəti haqqında» Qanunun konkret maddəsinə istinad edir.
• 30+ hazırlıq məqaləsi — imtahan qaydaları və taktikası.
NECƏ İŞLƏYİR?
• Real imtahan formatı — eyni sual sayı, eyni vaxt, eyni keçid həddi.
• MİQ-də ixtisasını seçirsən, suallar yalnız sənin fənnindən gəlir.
• Hər sualın izahı — cavabı əzbərləmirsən, niyəsini başa düşürsən.
• Səhvlərin unudulmur — səhv etdiyin hər sual avtomatik təkrar siyahısına düşür.
• Mövzu üzrə hesabat — hansı mövzunu təkrarlamalı olduğunu dəqiq göstərir.
• İmtahan təqvimi — qeydiyyat və nəticə tarixləri, rəsmi mənbə linkləri, xatırlatma bildirişləri.
• Sürücülükdə öz imtahan tarixini qeyd edirsən — sayğac və gündəlik plan avtomatik qurulur.
• Offline — həll etdiyin suallar internetsiz də açılır, nəticə qayıdanda sinxronlaşır.
• Qaranlıq rejim və qeydiyyatsız başlanğıc.
KEÇDİM+
• Keçdim+ — bütün imtahanlar üçün limitsiz tam sınaq, zəif mövzu hesabatı, bütün tarixçə, reklamsız.
• Keçdim+ Sürücülük — yalnız DYP sürücülük imtahanı üçün, daha sərfəli.
• Pulsuz versiyada gündəlik sınaq və sual limiti var; hesab açmadan başlaya bilərsən.
• Abunə App Store hesabından ödənilir və avtomatik yenilənir. Cari dövrün bitməsinə ən azı 24 saat qalmış App Store hesab ayarlarından ləğv edə bilərsən.
İstifadə şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/
Məxfilik siyasəti: https://kecdim.pro-tech.az/privacy.html
RƏSMİ MƏNBƏLƏR
İmtahan tarixləri və keçid hədləri bu mənbələrə istinad edir:
• Dövlət İmtahan Mərkəzi: https://dim.gov.az
• Dövlət Yol Polisi: https://dyp.gov.az
• Müəllimlərin işə qəbulu portalı: https://miq.edu.az
• Yol hərəkəti qaydaları: https://e-qanun.az
Son və dəqiq məlumat üçün həmişə rəsmi saytları yoxlayın.
QEYD: Keçdim müstəqil hazırlıq tətbiqidir və heç bir dövlət qurumunu təmsil etmir.
Suallar və təkliflər: turanmammad@gmail.com
Show more
+1
What's New in Keçdim
1.1.11
November 3, 2026
Yeni: Keçdim+ indi App Store abunəsi ilə — bir toxunuşla, hesab açmadan. Sürücülük üçün ayrıca sərfəli paket. Onboarding-də ixtisas seçimi, 10 suallıq sürətli yoxlama, məşqdə taymer yoxdur, görmədiyin suallar əvvəl gəlir. Düzəlişlər: imtahan tarixləri və geri sayım, hesab silmə, tarixçə, bildiriş icazəsi.
More4
Subscriptions & In-App Purchases
Keçdim+ Sürücülük · 1 ay
DYP sürücülük: limitsiz sınaq və hesabat
$1.991 Month





