
Free
Rating summary
About
myUNEC - Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün hazırlanmış mobil tətbiqdir.
UNEC tələbə kabinetində istifadə etdiyiniz əsas funksiyalar artıq bir tətbiqdə və hər zaman yanınızdadır.
Qiymətlərinizə, dərs və imtahan cədvəlinizə, elanlara, bildirişlərə və digər xidmətlərinə mobil cihazınızdan rahatlıqla çıxış əldə edə bilərsiniz.
Tətbiqin əsas imkanları:
• Qiymətlər və akademik göstəricilər - ÜOMG və semestr üzrə orta balınızı izləyin
• Dərs və imtahan cədvəli - dərslərinizi və imtahanlarınızı rahat şəkildə nəzərdən keçirin
• İmtahan nəticələri və sualları - nəticələrinizi və mövcud imtahan suallarını izləyin
• Elanlar və xəbərlər - UNEC-də baş verən yeniliklərdən xəbərdar olun
• Bildirişlər - vacib məlumatları push bildirişləri ilə vaxtında əldə edin
• Tədris materialları və sərbəst işlər - tədris prosesiniz üçün lazım olan materiallara çıxış əldə edin
• Sorğular və müraciətlər - sorğularda iştirak edin, apellyasiya və digər müraciətləri izləyin
• Tələbə seçkiləri - tələbə təşkilatlarında sədr seçkilərində iştirak edin
• Face ID / Touch ID - tətbiqə sürətli və təhlükəsiz girişdən istifadə edin
• Qaranlıq rejim - gözləri yormayan rahat interfeysdən istifadə edin
Giriş üçün UNEC tələbə kabinetində istifadə etdiyiniz istifadəçi adı və şifrə kifayətdir.
Show more
+1
What's New in myUNEC
7.0.1
September 26, 2026
Onlayn dərslərə qoşulmaq imkanı ləğv edilib







