
Archived App
This is an archived listing of the app previously available on the App Store.Although the app is no longer distributed by Apple, you can still view its description, screenshots, version history, ratings, and metadata for reference.
About
1937-ci ildə yaradılmış “Neftçi” Peşəkar Futbol Klubu Azərbaycanın ilk peşəkar futbol komandasıdır. 1968-ci ilədək “Neftyanik” adlandırılıb. Klubun bir neçə ləqəbi var, onlardan ən populyar və ən çox işlədilənləri “Neftçilər”, “Flaqman” və “Xalq komandası”dır. Rəngləri “ağ-qara” olan paytaxt təmsilçisi hazırda oyunlarını 11000 tamaşaçı tutumuna malik olan “Bakcell Arena”da keçirir. “Neftçi” PFK 8 dəfə (1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/2011, 2011/2012, 2012/2013) ölkə çempionatının, 6 dəfə (1994/1995, 1995/1996, 1998/1999, 2003/2004, 2012/2013, 2013/2014) ölkə kubokunun, 2 dəfə isə (1993, 1995) superkubokun qalibi olub. 1966-cı ildə SSRİ çempionatında üçüncü yeri tutaraq bürünc medal qazanıb. “Neftçi” 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycan futbol tarixində ilkə imza atıb. 2006-cı ildə isə “Birlik Kuboku”nun qalibi olub.
Show more
What's New in Neftchi PFC
1.0.8
October 12, 2022
Fixed some issues






