
Noosh24
Rezerv, QR sifariş və ödəniş
0 ratings
Free
Ad data
About
Noosh24 restoranda keçən axşamınızı əvvəldən sona qədər telefonunuza yığır: məkan tapın, masa ayırın, masadan sifariş verin və hesabı ödəyin — ofisiantı gözləmədən, zəng etmədən.
MƏKAN TAPIN
• Bakının restoranları bir yerdə: şəkillər, reytinq, orta hesab, iş saatı və ünvan
• Əhvalınıza görə seçin: canlı musiqi, gecə açıq, dəniz mənzərəsi, terras, ailəvi
• Siyahı, kart və ya xəritə görünüşü, sizə yaxın məkanlar
MASA AYIRIN
• Günü, saatı və neçə nəfər olduğunuzu seçin — zəng lazım deyil
• Restoran təsdiqləyəndə bildiriş alırsınız
• İstəsəniz, yeməyinizi də əvvəlcədən seçin — gələndə mətbəx hazır olsun
MASADAN SİFARİŞ
• Masadakı QR-ı oxudun və ya kodu yazın
• Fotolu menyu: hər yeməyin şəkli, tərkibi, qiyməti və hazırlanma vaxtı
• Sifariş birbaşa mətbəxə düşür, hazırlandığını canlı izləyirsiniz
• Ofisiant çağırın, su, təmizlik və ya hesab istəyin — bir toxunuşla
HESABI TELEFONDAN ÖDƏYİN
• Apple Pay, BirBank və ya kartla
• Hesabı dostlarla bölün: link göndərin, hər kəs öz payını ödəsin — tətbiq də lazım deyil
QONŞU MASA İLƏ TANIŞ OLUN
• Eyni məkandakı qonaqlarla yazışın
• Qonşu masaya menyudan ikram göndərin
RAHAT
• Azərbaycan, rus və ingilis dilində; dili menyunun üstündən dəyişin
• Açıq və tünd rejim
• Hesab olmadan da menyuya baxıb sifariş verə bilərsiniz
Noosh24 restoranın mövcud kassası ilə yanaşı işləyir. Restoranınızı qoşmaq üçün: noosh24.com
Show more
+1
What's New in Noosh24
1.1.1
November 21, 2026
Yeniliklər: • Yeni görünüş: restoranlar ana səhifədə. • Vela köməkçisi: restoran, menyu və sifariş barədə yazın və ya danışın. • Kalori: yeməyin şəklini çəkin, təxmini kalorini görün. • Noosh Kafe: öz kafenizi qurun və bəzəyin, qonşuları qonaq edin. • Möhür kartlarınız indi Apple Wallet-də. • Kiçik düzəlişlər və daha sürətli iş.
More








