Səfər - sefer.az

Səfər - sefer.az

Yola çıxırsan? Yol yoldaşı tap

0 ratings
Free

Rating summary

Details

Released
September 1, 2026
Updated
November 1, 2026

Features

Background Location Access

Səfər - sefer.az screenshot #1 for iPhone
Səfər - sefer.az screenshot #2 for iPhone
Səfər - sefer.az screenshot #3 for iPhone
Səfər - sefer.az screenshot #4 for iPhone
Səfər - sefer.az screenshot #5 for iPhone
Səfər - sefer.az screenshot #6 for iPhone
🖼️Get Icon
Icons↘︎

About

Səfər — Azərbaycanın şəhərlərarası səfər tətbiqidir. Bakıdan rayonlara, rayondan rayona gedən sürücülərlə sərnişinləri bir yerə gətirir. FƏRQİ NƏDİR Oturacağınızı ÖZÜNÜZ seçirsiniz. Səfər tətbiqində yer xəritəsi var: hansı oturacağın boş olduğunu görürsünüz və ön, arxa, pəncərə kənarı və .s istədiyinizi seçirsiniz. Yan oturacağın kişi və ya qadın olduğu yer xəritəsində göstərilir. Xanım sərnişin kimin yanında oturacağını əvvəlcədən bilir. Hər oturacağın öz qiyməti var. Qiyməti sürücü təyin edir və elanda göstərildiyindən artıq ala bilmir. Sizsə öz qiymətinizi təklif edə bilərsiniz, sürücü razılaşsa, yeriniz həmin qiymətə bron olunur. SƏRNİŞİN ÜÇÜN • Şəhər, tarix və yer sayı ilə axtarış • Yer xəritəsindən konkret oturacağın seçilməsi • Öz qiymətinizi təklif etmək imkanı • Sürücünün ulduzu, yaşı, təcrübəsi və sərnişin rəyləri • Maşının şəkilləri, markası, rəngi və nömrəsi • Siqaretsiz maşın süzgəci • Görüş nöqtəsi xəritədə • Səfər başlayanda sürücünün canlı yeri • Yaxınınıza təhlükəsizlik linki: harada olduğunuzu görür, tətbiq tələb etmir • Zənglərinizi tətbiq daxilindən pulsuz edin. Nömrəni verməyə ehtiyac yoxdur SÜRÜCÜ ÜÇÜN • Bir neçə toxunuşla elan: marşrut, vaxt, hər yerin qiyməti • Yol üstündəki şəhərlər üçün ayrıca qiymət • Yol kənarından götürdüyünüz sərnişin üçün əl ilə yer bağlama • Təkrarlanan səfərlər: hər gün və ya seçilmiş günlər • Geri qayıdış səfərinin bir toxunuşla hazırlanması • Qapıdan götürmə: ünvanlar, sıra və vaxt avtomatik hesablanır • Bağlama daşınması • Sərnişinlərinizin yeri xəritədə BAĞLAMA Bağlamanı sürücü ilə göndərin. Alıcıya SMS ilə 4 rəqəmli təhvil kodu gedir — qapıda onu deyir və bağlamasını alır. Bağlamanın harada olduğunu həm göndərən, həm alıcı tətbiqdə xəritədə izləyir; izləmə səfər bitəndə bağlanır. ÖDƏNİŞ Tətbiq tam ödənişsizdir, yol haqqı sürücüyə nağd verilir. Yalnız, sürücü mənafeyini qorumaq üçün rezerv edib, gəlməyən sərnişinlərdən növbəti rezervlərdə depozit alına bilər. Səfər daşıma xidməti göstərmir, sürücü ilə sərnişini bir araya gətirən elan platformasıdır. Daşıma müqaviləsi birbaşa sürücü ilə sərnişin arasındadır. İstifadə qaydaları: https://sefer.az/terms Məxfilik siyasəti: https://sefer.az/privacy
Show more

What's New in Səfər

1.1.0

November 1, 2026

Bu versiyada: • Bağlama alıcısının nömrəsini kontaktlarınızdan seçə bilərsiniz. • Profilinizə şəkil qoya bilərsiniz. • Menyuda «Rəy və təkliflər» bölməsi: bizə yazın, cavabımızı elə orada görün. • Sürücülər səfəri səslə yarada bilər: süni intellekt köməkçisinə zəng edin, o, elanı sizin adınıza yerləşdirsin. • Avtomobilin sənədləri indi hər avtomobilin öz kartındadır. • Zənglər və bildirişlər daha etibarlı işləyir.

More

Developer apps