Əlişir Ekspres: Bakı Kuryeri

Əlişir Ekspres: Bakı Kuryeri

Motosikletlə sifariş çatdır

0 ratings
Free
In-App PurchasesWith Ads

Rating summary

Details

Released
November 7, 2026
Updated
November 7, 2026

Features

Əlişir Ekspres: Bakı Kuryeri screenshot #1 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #2 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #3 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #4 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #5 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #6 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #7 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #8 for iPhone
Əlişir Ekspres: Bakı Kuryeri screenshot #9 for iPhone
🖼️Get Icon
Icons↘︎

About

Əlişir köhnə yan arabalı motosikletində Bakının dar küçələri ilə qapı-qapı sifariş daşıyır. Təndirxanadan isti çörək və qutab, bazardan qarpız və kənd yumurtası, samovarda çay, bəzən də nəhəng toy tortu. Bu, Bakıda keçən ilk kuryer oyunudur: vaxt azdır, yol çalalarla doludur, küçə isə həmişəki kimi qonşularla, toyuqlarla və uşaqlarla doludur. Tələs, amma ehtiyatlı ol! Hər çalada çay dağılır, yumurtalar çatlayır, tort sarsılır. Toyuqlara, vedrəli qonşulara, meyvə yeşiklərinə və nərd oynayan kişilərin masasına dəysən, məhəllənin hirsi artır. Hirs dolanda bütün qonşular arxanca düşür, terlik də atırlar! OYUNDA NƏ VAR • 4 xəritə: Köhnə məhəllə, İçərişəhər, Bulvar və Abşeron kəndi • 3 nəqliyyat: yan arabalı motosiklet, sürətli moped və köhnə yük maşını • 6 cür sifariş: çörək, qutab, çay, yumurta, qarpız və toy tortu - hər yükün öz çətinliyi var • Seriya və bəxşiş: tez çatdır, xalı artır • Tryuklar: tramplindən uç, toyuqların üstündən tullan • Təsadüfi hadisələr: yağış, toy karvanı, təcili sifarişlər • Bulvarda yol hərəkəti: ağ Ladalar və bənövşəyi Bakı taksiləri • Hər gün yeni gündəlik tapşırıqlar • Qaraj: Şirvan qazan, motosikletin rəngini, siqnalını, Əlişirin geyimini dəyiş, yeni nəqliyyat və xəritə al • Qonşuların, müştərilərin və Əlişirin 200-dən çox gülməli sözü, bir hissəsi səsli • İnternetsiz oyun: yolda, metroda, kənddə də oynamaq olar Köhnə motosikletin mühərriki tez-tez sönür, o zaman təpik vurub yenidən işə sal. Müştərilər səni qapıda gözləyir: tez gəlsən "Maşallah, nə tez gəldin!", gec gəlsən "Mən burda saqqal saxladım!" deyəcəklər. Sadə idarəetmə: sola, sağa, qaz, geri, tullan və siqnal. Bir oyun 3–10 dəqiqə çəkir - çay fasiləsi üçün ideal motosiklet oyunu. Əlişir Ekspres (Elisir Ekspres) Azərbaycanda hazırlanıb və tamamilə Azərbaycan dilindədir. Oyunda reklam var, istəsən reklamları və əlavə paketləri tətbiq daxilində ala bilərsən. Sür, Əlişir! Bakı səni gözləyir!
Show more
+1

What's New in Əlişir Ekspres

1.5

November 7, 2026

5

Subscriptions & In-App Purchases

$0.99

Reklamsız oyun

Reklamlar olmadan oyna, ikinci şans pulsuz

Developer apps