
Praxis.az: İmtahan Hazırlığı
Buraxılış və qəbul testləri
0 ratings
Free
In-App Purchases
Rating summary
About
Buraxılış, qəbul və attestat imtahanlarına telefonda hazırlaş. Praxis səviyyəni ölçür, zəif fənlərini tapır və hər gün nə həll edəcəyini deyir.
Hesab açmadan başla
İmtahanını seç, qısa testlə səviyyəni öyrən və planını al. Nəticəni saxlamaq üçün nömrənlə, Apple və ya Google ilə daxil ol. Şifrə yoxdur.
Hər gün 10 sual
«Bu gün» hər gün 10 sual verir. Bitirdin — bu günlük bəsdir.
Keçmiş DİM imtahanları
Tam imtahanı vaxtla işlə, ya da yalnız bir fənni həll et.
Səhv dəftəri
Səhv etdiyin sual yadda qalır və yenidən qarşına çıxır — öyrənənə qədər.
Fənlər
Hər fəndə nə qədər düz cavab verdiyini gör.
Fərdi praktika
Fənni, sual sayını və vaxtı özün seç.
Günün testi
Qrupunla hər gün eyni test, sonra sıralama.
Canlı dərs
Müəllim test keçirəndə PIN və ya QR kodla qoşul, cavab ver, liderlik cədvəlində yerini gör.
Xatırlatma və vidcet
Axşam xatırlatmasını istədiyin saata qur. «Bu gün» vidceti ana ekranda qalır.
Müəllimlər üçün
Canlı testi telefondan və ya planşetdən keçirin. Açıq cavabları yoxlayın, davamiyyəti və aylıq ödənişləri qeyd edin. Qruplar, materiallar və nəticələr bir yerdə.
Fayldan test
Fayl seçin (PDF, Word, PowerPoint, şəkil) və ya kitabın səhifəsini çəkin. Faylda hazır test varsa, suallar olduğu kimi köçürülür. Dərs materialıdırsa, mövzuya uyğun yeni suallar yazılır. Başlanğıc və Pro planlarına daxildir.
Müəllim abunəliyi
Başlanğıc və Pro planları aylıq, rüblük və illik abunə kimi App Store-da alınır. Ödəniş Apple ID hesabından tutulur. Dövr bitməzdən ən azı 24 saat əvvəl ləğv edilməsə, abunəlik eyni qiymətə avtomatik yenilənir. Abunəliyi App Store ayarlarından idarə edə və ləğv edə bilərsiniz.
İstifadə şərtləri: https://praxis.az/terms.html
Məxfilik siyasəti: https://praxis.az/privacy.html
Praxis DİM-in (Dövlət İmtahan Mərkəzi) rəsmi tətbiqi deyil, onunla əlaqəsi yoxdur.
Show more
What's New in Praxis.az
1.1.2
October 27, 2026
Praxis yeniləndi. • Yeni alt panel. • Səviyyə testində sualı keçib sonra qayıda bilərsən. • Kiçik düzəlişlər. Praxis has been updated. • New bottom bar. • Skip a placement question and come back to it. • Small fixes.
More6
Subscriptions & In-App Purchases
Pro (illik)
Valideyn görsün ki, pulu boşuna vermir.
$49.991 Year






