Büdcəm vs AvroFinance
Price, ratings, monetisation and update history for both apps, side by side — with what reviewers say about each.
Büdcəm
Read full descriptionHide full description
Büdcəm — şəxsi maliyyənizi daha rahat idarə etmək üçün ağıllı büdcə tətbiqidir. Kartla etdiyiniz ödənişlər bank bildirişlərindən avtomatik qeydə alınır. Nağd xərcləri isə bir neçə saniyəyə əl ilə, səsli əmrlə və ya qəbz skanı ilə əlavə edə bilərsiniz. Gəlir və xərclərinizi izləyin, büdcə limitləri yaradın, maliyyə vəziyyətinizi analiz edin və pulunuzun hara getdiyini daha aydın görün. AVTOMATİK XƏRCLƏRİN QEYDƏ ALINMASI Kartla ödəniş etdikdə bank bildirişi gəlir və xərc avtomatik qeydə alınır. Nağd və digər xərclər üçün qəbzi kamera ilə skan edin, səsli əmrlə əlavə edin və ya bir neçə toxunuşla əl ilə qeyd edin. AI ANALİZ Büdcəm xərcləmə vərdişlərinizi, gəlir-xərc balansınızı və maliyyə tendensiyalarınızı analiz edir. Aylıq gəlir və xərclər, kateqoriyalar üzrə bölgü, xərcləmə tendensiyaları və qənaət imkanlarını bir baxışda görün. AĞILLI BİLDİRİŞLƏR Büdcəm vacib maliyyə dəyişikliklərində sizi xəbərdar edir: gündəlik limitə yaxınlaşdıqda, büdcə limitini keçdikdə, böyük və ya qeyri-adi xərc qeydə alındıqda. AİLƏ BÜDCƏSİ Ailə maliyyənizi bir yerdə idarə edin. Ailə üzvlərini əlavə edin, xərcləri kimin etdiyini görün və ümumi ailə büdcəsini vahid paneldən izləyin. MALİYYƏ HƏDƏFLƏRİ Özünüz üçün maliyyə hədəfləri yaradın və irəliləyişinizi izləyin: ehtiyat fondu, səyahət, avtomobil, ev, təhsil. DİGƏR İMKANLAR Kateqoriyalar üzrə büdcə limitləri, hesab və balans idarəsi, maliyyə hədəfləri, kredit və borc izləmə, abunəlik xərclərinin idarəsi, əməliyyat tarixçəsi, qəbz skanı, səsli xərc əlavə etmə, şəxsi və ailə büdcəsi rejimi. ABUNƏLİK Büdcəm Premium abunəliyi ilə bütün imkanlardan istifadə edə bilərsiniz. • Aylıq plan: $1.99 / ay • İllik plan: $17.99 / il • Ailə aylıq: $2.99 / ay • Ailə illik: $24.99 / il Ödəniş təsdiq edildikdə Apple ID hesabınızdan tutulur. Abunəlik avtomatik yenilənir; cari dövr bitməmişdən ən azı 24 saat əvvəl ləğv edilməzsə, hesabınızdan növbəti dövr üçün ödəniş tutulacaq. Abunəliyi istənilən vaxt cihazınızın Ayarlar → Apple ID → Abunəliklər bölməsindən idarə edə və ya ləğv edə bilərsiniz. İstifadə Şərtləri (EULA): https://www.apple.com/legal/internet-services/itunes/dev/stdeula/ Gizlilik Siyasəti: https://budcem.az/privacy.html Büdcəm — pulunuzun hara getdiyini görmək, xərclərinizi nəzarətdə saxlamaq və maliyyənizi daha rahat idarə etmək üçün.
AvroFinance
Read full descriptionHide full description
AvroFinance gündəlik maliyyənizi rahat və aydın idarə etmək üçün şəxsi maliyyə tətbiqidir. Hesablarınıza və pul axınınıza bir yerdən baxın, gəlir və xərclərinizi kateqoriyalara ayırın, büdcə yaradın və ödənişlərinizi planlayın. Tətbiq Azərbaycan, ingilis, rus və türk dillərini dəstəkləyir. Hesab və əməliyyatlar AZN, USD, EUR, TRY və RUB ilə saxlanılır, ümumi hesabatlar AZN ilə göstərilir. ƏSAS İMKANLAR • Hesablar və cari qalıqların ümumi görünüşü • Gəlir və xərclərin sürətli qeydiyyatı • Kateqoriyalar üzrə aylıq hesabatlar • Büdcə limitləri və limit aşımı barədə tətbiqdaxili bildirişlər • Yığım məqsədləri və irəliləyişin izlənməsi • Ödəniləcək və alınacaq borclar, qeydlər və xatırlatmalar • Kredit və lizinq üzrə aylıq ödəniş planları • Təkrarlanan ödənişlər, abunəliklər və xatırlatmalar • Hesablar arasında köçürmələrin qeydiyyatı • Xərclərdə artım və mümkün təkrar qeydlər üçün ağıllı yoxlama • Təlim, tədris və özəl dərs gəlirləri üçün ayrıca kateqoriyalar • Ana ekran vidcetləri • Məlumatların ixracı və aktiv cihaz sessiyalarının idarəsi MƏXFİLİK VƏ TƏHLÜKƏSİZLİK • Şifrələnmiş HTTPS bağlantısı • Giriş məlumatlarının cihazın təhlükəsiz yaddaşında saxlanması • Tətbiqə giriş üçün PIN və biometrik qoruma seçimi • Vidcetlərdə məbləğlərin göstərilməsinə nəzarət • Hesabın və ona aid məlumatların tətbiqdən silinməsi AvroFinance şəxsi maliyyə qeydləri və məlumat xarakterli göstəricilər təqdim edir. Tətbiq bank, ödəniş, kredit və ya investisiya xidməti göstərmir, maliyyə məsləhəti vermir və istifadəçi vəsaitlərini saxlamır. Abunəliklərinizin növbəti ödənişini və aylıq xərcini izləyin. Hesab və əməliyyatları öz valyutasında saxlayın, şəxsi və biznes hesablarınızı ayrıca görün.
Screenshots
Verdict
The clearest difference is in-app purchases: AvroFinance at none against Büdcəm's 4. On price, update cadence, ads and device support there is nothing between them.
Scored on Price · Rating · Positive reviews · Number of ratings · Update frequency · Ad data · In-app purchases · Monetization · Best chart rank · Devices · Requires iOS
Both are free to download. Büdcəm sells 4 in-app purchases, starting at $1.99 per month. AvroFinance asks for nothing beyond the download.
Büdcəm ships an update every 3 days, AvroFinance every 5 days. Both last shipped on November 18, 2026.
| Parameter | Büdcəm | AvroFinance |
|---|---|---|
| Price | Free | Free |
| Update frequency | Every 3 days — better | Every 5 days |
| Ad data | No | No |
| In-app purchases | Yes | No — better |
| Devices | iPhone, iPod | iPhone, iPod |
| Requires iOS | 15.1 | 15.0 — better |
| Further details — not scored | ||
| Size | 59 MB | 31 MB |
| Age rating | 4+ | 4+ |
| Developer | Agshin Hajizada | AVROTECH, MMC |
In-app purchases
Büdcəm
- Budcem Premium Monthly7 Days trial$1.991 Month
- Budcem Family Monthly7 Days trial$2.991 Month
- Budcem Premium Yearly7 Days trial$14.991 Year
Show 1 moreShow fewer
- Budcem Family Yearly7 Days trial$24.991 Year
AvroFinance
No in-app purchases









