
Doldur — EV Charging Cost
Şarj stansiyaları xəritəsi
0 ratings
Free
Rating summary
About
Doldur elektromobil şarjının neçə manata başa gələcəyini şarjdan ƏVVƏL göstərir — sənin maşınına görə.
Azərbaycan üzrə 500-dən çox şarj məkanı bir xəritədə: 11 operator, qiymət və canlı status.
Marşrutu batareyana görə qur — dayanacaqları və xərci tətbiq özü hesablayır.
TAM XƏRC HESABLAMASI
• Enerji + yol + gözləmə — hamısı tək rəqəmdə, hər sətri açıq
• «Vaxtımın dəyəri» tənzimlənir: 20 dəqiqə artıq gözləmək 2 manat qənaətə dəyərmi?
• «Ən sərfəli» sıralaması: cibinə ən yüngül gələn stansiya birinci
• Maşınını seç — sənə ən sərfəli 3 stansiyanı dərhal görürsən
SƏNİN ELEKTRİK MAŞININ ÜÇÜN
• 87 marka, 438 model — batareya tutumu, yürüş, DC və AC yuvası
• Maşının iki yuvası ayrıca tanınır: sürətli şarj (DC) və adi şarj (AC)
• Adapter lazımdırsa əvvəlcədən xəbər verir
• Qarajda bir neçə maşın saxla — hesabınla sinxron
MARŞRUT BATAREYAYA GÖRƏ QURULUR
• Yola çıxanda faizini və çatanda istədiyin minimumu ver
• Dayanacaqları tətbiq özü seçir: harada, neçə dəqiqə, neçə manat
• «Ən tez» və «ən az dayanacaq» strategiyaları
• Hədəf istənilən ünvan ola bilər
ŞARJ STANSİYALARI XƏRİTƏSİ
• 500-dən çox aktiv stansiya, 11 operator — operator məlumatı və AYNA dövlət reyestri birlikdə
• Canlı status iVolt, ELEKTRA AZ və Electrify.az şəbəkələrində (170-ə yaxın məkan); qalanlarında açıq şəkildə «bilinmir» yazılır
• Qiymət operatorun açıqladığı yerdə göstərilir
• Soketə, gücə, qiymətə və operatora görə süzgəc
• İnternetsiz də açılır — xəritə keşdən gəlir
• Kompüterdən də bax: doldur.pro-tech.az/xerite
ŞARJ TARİXÇƏSİ VƏ AYLIQ XƏRC
• Şarjdan sonra kWh və məbləği qeyd et — tarif bilinirsə məbləğ özü təklif olunur
• Aylıq xülasə: neçə kWh, neçə manat; CSV/PDF ixracı
İCMA
• Stansiya rəyləri və fotoları
• Xəritədə olmayan stansiyanı təklif et
• Şikayət və müəllif bloku
DÜRÜST MƏLUMAT
Qiyməti yalnız təsdiqlənibsə göstəririk, köhnəlmiş statusu «bilinmir» yazırıq, mənbəni və vaxtı həmişə qeyd edirik. Şarjı operatorun öz tətbiqində başladırsan — Doldur sənə hara və neçəyə getməyi deyir.
GİRİŞ
Xəritə, xərc hesablaması və marşrut qeydiyyatsız işləyir. Hesab (e-poçt kodu, Google və ya Apple) şarj tarixçəsi, favoritlər və rəy üçündür.
XİDMƏT SAHƏSİ
Doldur Azərbaycan üçündür. Ölkədən kənarda açanda xəritə Bakını göstərir və bunu ekranda yazır.
DİLLƏR: Azərbaycan · Rus · İngilis. Tətbiq pulsuzdur.
Show more
+3
What's New in Doldur
1.0.12
November 21, 2026
• Operator açıq məlumat vermirsə, məkan kartında məlumatın tarixi göstərilir • Xəta düzəlişləri və təkmilləşdirmələr







